Cəlilabadda “20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb - FOTO - VİDEO

 Cəlilabadda “20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 iyun 2014 14:04 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında Ələt-Astara magistralının 145-ci kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Yaqub Məmmədovun idarə etdiyi "Ford " markalı, 10 OE 794 dövlət nömrə nişanlı sərnişin daşıyan mikroavtobus Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirşamil Mürsəlovun idarə etdiyi "Oka" markalı, 15 BL 705 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəzaya düşən "Oka" markalı avtomobilin sürücüsü Mirşamil Mürsəlov Cəlilabad rayonundakı “20 Yanvar” Cəmiyyətinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR