Rusiya ordusu yeni C-400 zenit raket kompleksləri ilə təchiz edilib

Rusiya ordusu yeni C-400 zenit raket kompleksləri ilə təchiz edilib
# 26 dekabr 2013 11:19 (UTC +04:00)

Bakı - APA. “Almaz-Antey” konstruktor bürosu dekabrın 26-da Həştərxan vilayətinin Kapustin Yar poliqonunda Rusiya Müdafiə Nazirliyinə yeni C- 400 zenit raket kompleksini təhvil verib.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin noyabrında “Almaz-Antey” konstruktor bürosunun baş direktoru Vitali Neskorodov bəyan edib ki, gələn ildən başlayaraq Rusiya ordusu iki-üç komplekt C-400 zenit raket kompleksi ilə təchiz ediləcək.

Qüvvədə olan, 2011-2020-ci illəri nəzərdə tutan Dövlət silahlanma proqramına uyğun olaraq, 28 komplekt zenit raket kompleksinin alınması nəzərdə tutulub. Hazırda Rusiya ordusunun yeddi alayı С-400 zenit raket kompleksi ilə təchiz edilib.

Qeyd edək ki, yeni komplekslərin harada yerləşdiriləcəyi hələlik məlum deyil. İlk 5 alay Moskva ətrafında, Baltik və Sakit okeanı donanmaları və Rusiyanın cənub hərbi dairəsində yaradılıb. Hər alaya hərəsində səkkiz işəsalma qurğulu iki divizion С-400 daxildir.

2013-cü ildən başlayaraq С-400 zenit raket kompleksləri pərakəndə deyil, vahid komplekt şəklində təchiz edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR