“Bakı”nın baş məşqçisi: “Elə bilirlər ki, nəticə sentyabrda qazanılır”

“Bakı”nın baş məşqçisi: “Elə bilirlər ki, nəticə sentyabrda qazanılır”
# 27 fevral 2014 11:41 (UTC +04:00)

Bakı – APA. “Sumqayıt”la görüş tələyə düşəcək bir oyundu. Belə vəziyyətdə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt”la oyunu ərəfəsində fikirlərini açıqlayıb: “Rəqib “Neftçi”ni məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədi. Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm. Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb”.

Pantiç rəqibin oyunu haqda danışmaq istəməyib: “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Onlar gözlənilmədən qələbə qazanıb, bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabrda qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Buna görə də komandanın nəticəsi də mövsümün sonunda görünəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR