Macarıstan vətəndaşları Azərbaycanda səs verə biləcək

Macarıstan vətəndaşları Azərbaycanda səs verə biləcək
# 28 mart 2014 11:34 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Aprelin 6-da Macarıstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycanda daimi və müvəqqəti yaşayan vətəndaşları səsvermədə iştirak edə biləcəklər. Bu barədə APA-ya Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib. O deyib ki, seçki məntəqəsi Bakı vaxtı ilə səhər saat 07-dən axşam saat 19.00-dək açıq olacaq.

Səfir bildirib ki, Azərbaycanda daimi yaşayan 30 Macarıstan vətəndaşı qeydiyyatdadır, lakin seçki günü Azərbaycanda olan digər macar vətəndaşları da səfirliyə gələrək (ünvan: Mirzə Mənsur küçəsi 72), seçki hüququndan istifadə edə bilərlər.

Qeyd edək ki, aprelin 6-da keçiriləcək seçkilərdə parlamentdə təmsil olunmaq üçün əsas 4 siyasi partiya mübarizə aparacaq. Bunlar hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fideş”, Atilla Meşterxazinin lider olduğu “Sosialist”, Qabor Vonanın rəhbərlik etdiyi millətçi “Yobbik” və Andraş Şifferin başçılıq etdiyi “Siyasət başqa cür ola bilər (LMP)” partiyalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR