“Quş qripi” ilə bağlı keçiriləcək monitorinqin vaxtı dəyişdirilib

“Quş qripi” ilə bağlı keçiriləcək monitorinqin vaxtı dəyişdirilib
# 27 yanvar 2014 07:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublika ərazisində “quş qripi”nə görə yanvarın 27-də başlanması nəzərdə tutlun monitorinqin vaxtı dəyişdirilərək fevralın 10-na keçirilib. Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətindən (DBX) məlumat verilib.

Qurumdan bildirilib ki, monitorinqin vaxtının dəyişdirilməsinə baxmayaraq, ölkədə passiv monitorinqlər davam etdirilir: “Köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə daim müşahidə aparılır, eləcə də ayrı-ayrı quşçuluq və şəxsi təsərrüfatlarda nəzarət tədbirləri həyata keçirilir. Həm köçəri, həm də ev quşları arasında xəstəlik qeydə alınmayıb.
Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR