Azərbaycan prezidentinin Belarusa səfəri başa çatıb

Azərbaycan prezidentinin Belarusa səfəri başa çatıb
# 25 oktyabr 2013 18:40 (UTC +04:00)

Bakı-APA. MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri oktyabrın 25-də başa çatıb. APA-nın məlumatına görə, Minsk şəhərinin Milli Aeroportunda Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.

Həmin gün axşam prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR