Hindistanın cənubunda 8 nəfər qatarın altında qalaraq ölüb

Hindistanın cənubunda 8 nəfər qatarın altında qalaraq ölüb
# 03 noyabr 2013 03:52 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Hindistanın cənubundakı Andxra Pradeş ştatında 8 nəfər qatarın altında qalaraq ölüb. APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl yayılan məlumatda 2 qatarın toqquşması nəticəsində 8 nəfərin öldüyü bildirilirdi. Rəsmi qurumların sonradan yaydığı açıqlamaya əsasən, Vizianaqaram dairəsindəki stansiyaların birində bir neçə sərnişin dəmiryolu xəttini keçərkən qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR