Azərbaycanın Tacikistandakı səfirliyi 28 may – Respublika Günü münasibətilə ziyafət təşkil edib

Azərbaycanın Tacikistandakı səfirliyi 28 may – Respublika Günü münasibətilə ziyafət təşkil edib
# 25 may 2013 16:06 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnləri səslənib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çıxışında Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti haqqında danışıb, onun xalqımızın taleyində önəmli yer tutduğunu vurğulayıb: “ADR 23 ay mövcud olmasına baxmayaraq qısa müddət ərzində böyük işlər görüb. Təəssüf ki, ADR çox keçmədən xarici təcavüzə məruz qaldı və Azərbaycan öz dövlət müstəqilliyini itirmiş oldu”.

Ziyafətdə ali qonaq qismində iştirak edən Tacikistanın xarici işlər naziri Xamroxon Zarifi çıxışında Azərbaycan xalqını ürəkdən təbrik edib və bildirib ki, əsrlərlə formalaşan ümumi tarixi keçmişi və qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensialı olan Azərbaycan Tacikistan üçün etibarlı tərəfdaşdır: “Bu ilin mart ayında Düşənbə-Bakı birbaşa aviareysinin açılması çox diqqətəlayiq haldır və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcək”.

Sonra qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmağa dəvət olunublar. Tədbirdə Azərbaycandan dəvət olunan muğam ifaçıları Aytən Məhərrəmova, Vüqar Musayev, Ədalət Behbudov və Pərviz Fərhadov çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR