Pakistanın “Diplomatic Star” jurnalında Əlimərdan bəy Topçubaşov haqqında məqalə dərc olunub - FOTO

Pakistanın “Diplomatic Star” jurnalında Əlimərdan bəy Topçubaşov haqqında məqalə dərc olunub - <span style="color: red;">FOTO
# 15 may 2013 09:08 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Ə.Topçubaşovun Tiflis gimnaziyasını bitirdikdən sonra 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevə məxsus olan “Kaspi” qəzetinin baş redaktoru işlədiyi, qısa müddətdə Rusiya imperiyasında müsəlman və türk xalqlarının diskriminasiyasına qarşı mübarizə aparan tanınmış müsəlman liderinə çevrildiyi bildirilib.

Yazıda Ə.Topçubaşovun 1905-ci ildə imperiyanın müsəlman subyektlərinin siyasi hüquqlarının təmin edilməsi tələbini irəli sürən Azərbaycan ziyalıları və bürokratiyasının toplantısının təşkilatçılarından biri olduğu, Rusiyada ilk müsəlman “İttifaq əl-Müslimin” siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi vurğulanır. Həbsdən azad olunduqdan sonra İran qanunvericiliyində islahatlar aparmaq təklifini rədd edən Topçubaşov müsəlmanların hüquqları uğrunda mübarizəsini davam etdirir.

Məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və yeni yaranmış dövlətin tanınması məqsədilə Ə.Topçubaşovun İstanbula gedərək Osmanlı sultanı və bir sıra nazirlərlə görüşdüyü qeyd olunur, Paris sülh konfransında iştirakından söz açılır.

Məqalədə Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Parisdə yaşadığı, bütün həyatını doğma vətəninin dövlət müstəqilliyinin bərpasına həsr etdiyi və onun bu arzusunun yalnız ölümündən 57 il sonra gerçəkləşdiyi bildirilir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.diplomaticstar.com/magazine/the-master-of-diplomacy.html

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR