BMT baş katibi İranda bir qrup siyasi məhbusun azadlığa buraxılmasını alqışlayıb

BMT baş katibi İranda bir qrup siyasi məhbusun azadlığa buraxılmasını alqışlayıb
# 20 sentyabr 2013 07:36 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. BMT-nin Nyu-Yorkdakı qərargahında baş katib Pan Gi Mun və İran xaric işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər İranın nüvə proqramını və bu ölkənin Suriyadakı münaqişənin həllində rolunu müzakirə ediblər.

P. G. Mun sentyabrın 18-də İranda bir qrup siyasi məhbusun azadlığa buraxılmasını alqışlayıb. Onların arasında Avropa Parlamentinin Saxarov adına azad fikir mükafatı laureatı Nəsrin Sotudə, eləcə də qadın hüquqları uğrunda mübarizə aparanlar, siyasi fəallar və jurnalistlər də var.

Baş katib ümid etdiyini bildirib ki, İran hökuməti prezident Həsən Ruhani tərəfindən seçkiqabağı kampaniya dövründə verilən vədlərin yerinə yetirilməsi istiqamətində addımlar atmağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR