Azərbaycan klubları avrokuboklara qatılmır

Azərbaycan klubları avrokuboklara qatılmır
# 13 iyun 2013 12:12 (UTC +04:00)

Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan klubları Avropa kuboklarının yeni mövsümündə iştirak etməyəcəklər. Bu bərədə apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov məlumat verib.

O bildirib ki, avrokuboklardan imtinaya səbəb klubların maddi imkanlarının aşağı olmasıdır: “Klublarımız yeni mövsümdə yenə daxili yarışlarla kifayətlənəcək. Bəli, artıq avrokuboklar üçün sifariş ərizələrinin vaxtı da bitib. Bu da o deməkdir ki, ən azı 1 il də bu yarışlarda oynamayacağıq”.

Qeyd edək ki, son mövsüm “Qala” çempion kimi başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR