Kliçko: Ukraynadakı böhranın nizamlanması üçün beynəlxalq vasitəçilər gərəkdir

Kliçko: Ukraynadakı böhranın nizamlanması üçün beynəlxalq vasitəçilər gərəkdir
# 02 fevral 2014 02:08 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kliçko ötən gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BMT baş katibi Pan Qi Munla keçirdiyi görüşdə bildirib.

Konfrans çərçivəsində V.Kliçko həmçinin Avropa Parlamentinin prezidenti Martin Şults, Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerlə görüşüb.

“Batkivşina” fraksiyasının rəhbəri Arseni Yatsenyuk Pan Qi Munla görüşündən sonra qeyd edib ki, müxalifətlə iqtidar arasında dialoqda vasitəçilik üçün Ukraynaya BMT-nin xüsusi nümayəndəsinin göndərilməsində hələlik lüzum yoxdur.

“Hələlik Ukraynadakı problemlər Qərb tərəfdaşlarla birbaşa təmas vasitəsilə həll edilməlidir. BMT və ATƏT-in missiyalarına ehtiyac vəziyyət dalana dirəndikdə yarana bilər”, deyə Yatsenyuk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR