Azərbaycan parlamentində 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar tədbir keçirilir

Azərbaycan parlamentində 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar tədbir keçirilir
# 09 dekabr 2013 08:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində bu gün 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar tədbir keçirilir.

APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Əli Hüseynli, BMT-nin Azərbaycandakı nümayəndəsi Antonius Bruk, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, dövlət rəsmiləri, bir qrup deputatlar, yerli və xarici ekspertlər iştirak edir.

Tədbirdə Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələr müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR