Rövnəq Abdullayev “SOCAR Yay Məktəbi”nin iştirakçıları ilə görüşüb

Rövnəq Abdullayev “SOCAR Yay Məktəbi”nin iştirakçıları ilə görüşüb
# 21 oktyabr 2013 16:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Dövlət Neft Şirkətində (ARDNŞ) “SOCAR Yay Məktəbi”nin iştirakçıları ilə görüş keçirilib. Görüşdə bildirilib ki, bu il Dövlət Neft Şirkətinin yay məktəbi proqramına 236 nəfər müraciət edib. Onların 30 nəfəri bu proqrama seçilib.

APA-Economics” xəbər verir ki, Proqrama seçilənlər həm Dövlət Neft Şirkətinin işçiləri, həm də Azərbaycan ali təhsil müəssisələrinin tələbələri olub. Proqram iştirakçıları ARDNŞ rəhbəri ilə görüşüb, proqram müddətində yaşadıqları təəssüratları bölüşüblər.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Avropaya nəqlinə dair iri layihələrin həyata keçirilməsi üçün Dövlət Neft Şirkətinin ixtisaslı kadrlara ehtiyacı var.

O, deyib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi Azərbaycan qazı üçün Avropaya qapı açacaq.

“Azərbaycan bu yaxınlarda yeni qaz yataqları tapıb. Ölkəmiz böyük imkanlara malik perspektivli strukturlara malikdir. Əlavə edim ki, neft strategiyasının birinci mərhələsi xarici tərəfdaşların fəal iştirakı və maliyyələşməsi hesabına baş tutdusa, ikinci mərhələ Azərbaycan tərəfinin üstünlüyü ilə reallaşacaq”, - deyə R.Abdullayev qeyd edib.

Tədbirin sonunda proqramda fərqlənənlər mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR