Eldar Namazov: “İctimai Palata vaxtında namizədini elan edə bilsəydi, Milli Şura yaranmazdı”

Eldar Namazov: “İctimai Palata vaxtında namizədini elan edə bilsəydi, Milli Şura yaranmazdı”
# 09 iyul 2013 14:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib.

E. Namazovun sözlərinə görə, Milli Şuraya daxil olan partiya sədrləri bu qurumun namizədinin qeydə alınması istiqamətində cəhd göstərməlidirlər: “Əgər Milli Şura buna nail ola bilmirsə, ya da buna inanmırsa, onda hansı demokratiyaya keçiddən danışmaq olar?”

E. Namazov bildirib ki, müxalifətin indiyə qədər göstərdiyi birlik və vahid namizədin müəyyənləşməsi istiqamətindəki cəhdlər uğursuz olub: “İstər İctimai Palatanın, istərsə də Məşvərət Məclisinin və digər birliklərin vahid namizəd cəhdləri uğursuz olub. İctimai Palata vaxtında öz namizədini elan etsəydi, bu gün Milli Şuranın yaranmasına ehtiyac olmazdı. Milli Şuranın vahid namizədi də, əsas namizədi də, ehtiyat namizədi də elə Rüstəm İbrahimbəyovdur”.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarının qüvvədə qaldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR