Konqresmen Robert Aderholt 20 Yanvar Faciəsinin 24-cü ildönümü münasibətilə bəyanat verib

Konqresmen Robert Aderholt 20 Yanvar Faciəsinin 24-cü ildönümü münasibətilə bəyanat verib
# 31 yanvar 2014 01:32 (UTC +04:00)

Bakı-APA. Yanvarın 29-da konqresmen Robert Aderholt ABŞ Konqresində 20 Yanvar Faciəsinin 24-cü ildönümü münasibətilə bəyanat verib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konqresmen 20 Yanvar hadisələrini Azərbaycan üzərindəki sovet hökmranlığının sonunun başlanğıcı kimi xarakterizə edib, eyni zamanda bu prosesin müstəqil və ABŞ-ın müttəfiqi olan bir dövlətin yaranması ilə nəticələndiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresində Alabama ştatına aid seçki dairəsini təmsil edən konqresmen R. Aderholt ötən ilin dekabrında Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR