Təhsil Nazirliyi UNİCEF-lə birgə 400-dək treninq keçirib

Təhsil Nazirliyi UNİCEF-lə birgə 400-dək treninq keçirib
# 02 iyul 2013 16:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil Nazirliyinin UNİCEF-lə birgə həyata keçirilən layihələr ümumilikdə 500-ə qədər məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və ya yenidənhazırlanma müəssisəsini, 35 minə qədər uşaq və şagirdi, 9500-ə qədər valideyni, o cümlədən 9500-ə qədər müəllim və tərbiyəçini, 960-a qədər mütəxəssisi əhatə edib. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə “Uşaqlar naminə birləşək” şüarı altında keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, ümumilikdə təşkilatla birgə 400-dək treninq keçirilib: “Hazırda UNİCEF-lə “Məktəb uşağın dostudur” və “Məktəbəqədər təhsil” layihəsi çərçivəsində əməkdaşlıq edirik. “Məktəb uşağın dostudur” layihəsi məktəb idarəetməsi, inklüziv təhsil, sağlamlıq imkanı məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması, təhsil müəssisələrinin təhlükəsiz mühitin yaradılması məsələlərini əhatə edir. “Məktəbəqədər təhsil” layihəsi isə yeni kurrikulumların və hazırlıq modellərinin yaradılması məsələlərini nəzərdə tutur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR