Medvedev: “Kiyev Avropa Birliyi ilə assosiasiya sazişi bağlasa Gömrük İttifaqına yolunu bağlamış olacaq”

Medvedev: “Kiyev Avropa Birliyi ilə assosiasiya sazişi bağlasa Gömrük İttifaqına yolunu bağlamış olacaq”
# 16 oktyabr 2013 01:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev iqtisadi əməkdaşlıq məsələlərinə dair Ukrayna-Rusiya dövlətlərarası komissiyasının 10-cu iclasının yekunları ilə bağlı ukraynalı həmkarı Nikolay Azarovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Rusiyanın baş naziri qeyd edib ki, Ukraynanın AB ilə assosiativ üzvlük haqqında saziş bağlamaq qərarının səbəbləri ona məlum deyil: “Mən bilmirəm, bu Ukraynanın qərarıdır, mən burada heç bir fayda görmürəm. Yəqin ki, bu bizim ukraynalı tərəfdaşlarımıza daha çox bəllidir, baxarıq”, deyə Medvedev bildirib.

“Yalnız bunu deyə bilərəm ki, bu bizim açıq, çox aydın və səmimi mövqemizdir - AB ilə assosiativ üzvlük haqqında saziş bağlanıldıqdan sonra Gömrük İttifaqına üzv olmaq Ukraynaya çox çətin olacaq. Amma o bunu istəsə, onun Gömrük İttifaqına tamhüquqlu üzv olmaq şansları, demək olar ki, sıfıra bərabər olacaq”, deyə Medvedev bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR