Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər

Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər
# 29 may 2013 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm.

Azərbaycanla gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və “bir millət, iki dövlət” devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik.

Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm.

Fürsətdən istifadə edərək, Zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 28 May münasibətilə Azərbaycan prezidentini və xalqını təbrik edib.

Bundan başqa, Polşa prezidenti Bronislav Komorovski, Ukrayna prezidenti Viktor Yanukoviç, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Fələstin Dövlətinin prezidenti Mahmud Abbas, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Sloveniya prezidenti Borut Pahor da Respublika Günü münasibətilə Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayılblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR