AHİK özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ailəsinə 100 min manat maddi yardım edib - VİDEO

AHİK özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ailəsinə 100 min manat maddi yardım edib  - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 17:00 (UTC +04:00)

APA TV-nin xəbərinə görə, maddi yardım Zaur Həsənovun işsizliyi, ailə üzvlərinin sayının çox olması və maddi durumunun ağır olduğu nəzərə alaraq verilib.

AHİK sədrinin müavini Aqil Dadaşov, maliyyə şöbəsinin müdiri Qalib Qəribov, Qarabağ Əlillər Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi ailəyə baş çəkiblər.

Bildirilib ki, Z.Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilməsi qərara alınıb. Bundan başqa, Z.Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilib. Onun ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək. Qərarda deyilir ki, Z.Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ qaziləri, millət vəkilləri Zaur Həsənova və onun ailəsinə baş çəkiblər.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov AHİK-in binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR