Azərbaycanın sığorta bazarının 65%-dən çoxu könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 65%-dən çoxu könüllü formalaşıb
# 22 yanvar 2015 13:30 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2014-cü ildə sığorta haqlarının 66,3%-i və ya 284,7 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu, ötən il ilə müqayisədə 5,1% və ya 13,7 mln. manat çoxdur.

İcbarı sığorta növləri üzrə yığımlar isə 144,5 mln. manat və ya bazarın 33,7%-ni təşkil edir. Ötən il ilə müqayisədə icbari sığorta bazarı 7,3% və ya 9,8 mln. manat artıb.

2014-cü ilin 12 ayında ümumi ödənişlərin 73%-i və ya 114,7 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilə nisbətən 35,1% və ya 29,8 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 11,9% və ya 4,5 mln. manat artaraq 42,5 mln. manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,3 manat ödəniş həyata keçirilib. Ötən il bu göstərici 31,3 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə 2013-cü ildəki 28,2 manatdan 29,4 manata qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR