Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölüb - VİDEO

Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölüb - <span style="color: red;">VİDEO
# 12 yanvar 2015 10:05 (UTC +04:00)

Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan sərnişinlər Aşağı Kəsəmən kənd sakinləri - 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR