FHN Qəbələ rayonunda sel təhlükəsi yaranması ilə bağlı xəbərlərə aydınlıq gətirib

FHN Qəbələ rayonunda sel təhlükəsi yaranması ilə bağlı xəbərlərə aydınlıq gətirib
# 04 oktyabr 2015 17:51 (UTC +04:00)

Bakı-APA. “Qəbələ rayonu ərazisində təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib”.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

Mətnin xülasəsi
Yağan yağışlar nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi KİV-də Qəbələ rayonunda leysan xarakterli yağışların selə çevrildiyi, bir çox insanın həyatına təhlükə yarandığı barədə məlumatlar yayılıb.

Nazirlik bildirib ki, təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib: “Yağan yağışlar nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub. Nəticənin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR