Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda 10 gündən artıq müvəqqəti yaşayan əcnəbiləri  elektron müraciət əsasında  qeydiyyata almaq səlahiyyəti verilib

Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda 10 gündən artıq müvəqqəti yaşayan əcnəbiləri  elektron müraciət əsasında  qeydiyyata almaq səlahiyyəti verilib
# 08 fevral 2015 14:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il noyabrın 4-də “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu tətbiqi barədə fərman verib.

Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata düşmədən yaşaması üçün müddət 3 gündən 10 günə qaldırılıb. Buna uyğun olaraq Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”nda etdiyi dəyişikliklə Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda artıq 3 gün deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulunu elektron qaydada aparmaq səlahiyyəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR