Avropa Liqası: "Atletik" - "İnter" - 2:0

Avropa Liqası: "Atletik" - "İnter"  - 2:0
# 30 iyul 2015 23:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “bankirlər” İspaniyada “Atletik”in qonağı olub.

Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan “İnter” həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Matç gözlənildiyi kimi ispanların üstünlüyü ilə başa çatıb. Ev sahibləri hər iki hissənin əvvəlində vurduqları qollarla oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

"Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan) - 2:0

Qol: Eraso, 12, 49

Baş hakim: Stavros Tritsonis

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR