Paşha Bank
Bank Of Baku

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa: BMT Baş katibi postu uğrunda mübarizədə Bakıya absurd ittihamlar - TƏHLİL

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa: BMT Baş katibi postu uğrunda mübarizədə Bakıya absurd ittihamlar - TƏHLİL
# 30 oktyabr 2026 13:02 (UTC +04:00)

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa

Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb.

Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və “hicab” mövzuları üzərindən aparılırdı. Hər iki hücum dalğası kimi, dünəndən başlayan üçüncü dalğa da manipulyasiya üzərində qurulub.

Ölkəmiz əleyhinə başladılan yeni kampaniyanın səbəbi isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünə münasibəti ilə bağlıdır.

Tarixdə bu gün ... 24 oktyabr Birləşmiş Millətlər Təşkilatı Günüdür...

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə medianın sorğusuna cavab olaraq qeyd edib ki, rəsmi Bakı növbəti Baş katibin seçilməsi prosesinin BMT Nizamnaməsinə uyğun aparılmasına xüsusi önəm verir: “Azərbaycan seçki prosesinin namizədlərin peşəkar keyfiyyətləri, diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensus yaratmaq bacarığı rəhbər tutulmaqla həyata keçirilməsinin vacibliyini vurğulayır. Ümid edirik ki, bu proses müasir çağırışlara çevik reaksiya vermək iqtidarında olan daha güclü və effektiv bir BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq".

Buna cavab olaraq Türkiyə sosial mediasında Azərbaycanın guya Türkiyənin BMT-nin Baş katibi postuna namizədi, ATƏT-in hazırkı baş katibi Feridun Sinirlioğlunu yox, BƏƏ namizədini dəstəklədiyinə dair ittihamlar səslənməyə başlayıb.

Azərbaycanın ünvanına absurd ittihamlar

Əvvəlki dalğalarda olduğu kimi, yenə də Türkiyə mediasında və sosial şəbəkə seqmentində Azərbaycan əleyhinə əsassız iddialara, iftiralara və təhqirlərə yol verilir.

Bu məsələni Azərbaycan əleyhinə növbəti kampaniya üçün fürsət bilənlərə xatırlatmaq yerinə düşər ki, əvvəla, BMT Baş Katibliyinə namizədlik prosesinin ciddi beynəlxalq prosedur qaydaları var. Hər hansı bir şəxsin namizəd sayılması üçün, ilk növbədə, o öz dövləti tərəfindən rəsmi şəkildə qeydiyyatdan keçirilməli və digər ölkələrə dəstək üçün rəsmi müraciət ünvanlanmalıdır.

Türkiyə hələ ki Feridun Sinirlioğlunun BMT-nin Baş katibi postuna namizədliyini rəsmən irəli sürməyib, heç bir beynəlxalq qeydiyyat və Azərbaycana rəsmi dəstək müraciəti mövcud deyil. Mövcud olmayan bir namizədliyə dəstək verməmək ittihamı hüquqi və məntiqi cəhətdən tamamilə əsassızdır.

Türkiyədən fərqli olaraq, BƏƏ öz namizədini rəsmi qaydada qeydiyyatdan keçirib və diplomatik kanallarla Azərbaycana müraciət edib. Azərbaycan XİN-in cavabı tamamilə beynəlxalq diplomatik etiketə uyğundur - rəsmi müraciət edən tərəfə diplomatik qaydada xoşniyyətli cavab verilib. Gələcəkdə Türkiyə rəsmi namizəd irəli sürərsə, Azərbaycan təbii ki, ona da müvafiq diplomatik münasibətini bildirəcək.

Feridun Sinirlioğlunun Ermənistanla birtərəfli yaxınlaşma lobbiçiliyi

Photo Blog | <a href='https://apa.az' class='hyperlink' target='_blank'>APA</a>.AZ

Lakin burada digər maraqlı məsələlər ortaya çıxır. Bu isə konkret Feridun Sinirlioğlu ilə bağlıdır.

Feridun Sinirlioğlu Türkiyə XİN-də uzun illər kök salmış, özünü cəmiyyətdən üstün tutan və xalqın dəyərlərindən uzaq olan "monşerlər" (kübar aristokrat iddialı) zümrəsinə aiddir. Bu təbəqə tarixən Azərbaycana və türk dünyasına qarşı hər zaman yuxarıdan aşağı və təkəbbürlü münasibəti ilə seçilib.

Əsas diqqətçəkən məqam isə odur ki, Feridun Sinirlioğlu Ermənistanla birtərəfli yaxınlaşma lobbiçiliyi ilə tanınır. O, hələ 2018-ci ildə - Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistanla sərhədlərin birtərəfli qaydada açılması ideyasının əsas lobbiçilərindən olub.

İkinci Qarabağ Müharibəsindən sonra da o, XİN-də vəzifə tutan həyat yoldaşı ilə birlikdə "Azərbaycana görə Ermənistanla sərhədlər niyə bağlı qalmalıdır?" xəttini müdafiə edib, rəsmi Bakının maraqlarını heçə saymağa çalışıb. Bu məsələdə o, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndəsi Sərdar Kılıcla eyni mövqeni müdafiə edir.

Feridun Sinirlioğlunun ATƏT Baş katibi və ya digər beynəlxalq postlara can atarkən nəinki Azərbaycanın, hətta Türkiyənin özünün milli və strateji maraqlarını belə qurban verməyə hazır olduğu bir siyasi keçmişi var.

İstənilən halda, kimi hansı posta namizəd göstərməsi Türkiyənin öz işidir. Sadəcə, namizəd rəsmən irəli sürülməmiş bu mövzu ətrafında manipulyasiyalar etmək süni şəkildə Azərbaycanı hədəf göstərmək siyasətinin davamıdır.

Əvvəlcə namizəd verilsin, Azərbaycana müraciət olunsun, sonra məsələyə münasibət bildirilib, qərar verilər.

Beynəlxalq normalara uyğun prosedur qaydalarını icra etməmiş Azərbaycanı növbəti dəfə hədəfə gətirmək, qardaş dediyin ölkənin ünvanına əsassız ittihamlar səsləndirmək heç bir ölçüyə sığmır. Baş verənlər Türkiyədə Azərbaycan əleyhinə kampaniyanın sistemli, idarəedilən və məqsədli olduğunu söyləməyə heç bir şübhə yeri qoymur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR