Azərbaycanda 216 lisenziyalı baytarlıq apteki fəaliyyət göstərir

Azərbaycanda 216 lisenziyalı baytarlıq apteki fəaliyyət göstərir
# 11 dekabr 2012 09:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda 216 lisenziyalı baytarlıq apteki fəaliyyət göstərir. APA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) böyük məsləhətçisi Mustafa Allahverənov deyib. O bildirib ki, bu il ərzində 4 baytarlıq aptekinin fəaliyyəti dayandırılıb. M.Allahverənovun sözlərinə görə, 2012-ci il ərzində lisenziyasız fəaliyyət göstərən 10 aptek aşkarlanaraq lisenziyalaşdırılıb. Onların hər birinə xəbərdarlığın edildiyini deyən böyük məsləhətçi vurğulayıb ki, bu prosesə regionlardakı baytar həkimlər də nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR