Bakı Beynəlxalq Avtovağzalında xətt nəzarətçiləri ilə sürücü arasında dava düşüb

Bakı Beynəlxalq Avtovağzalında xətt nəzarətçiləri ilə sürücü arasında dava düşüb
# 01 iyul 2015 08:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda xətt nəzarətçiləri ilə sürücü arasında dava düşüb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.

Davanın Abşeron rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan 1989-cu il təvəllüdlü Ağaxan Əliverdiyevlə Bakı sərnişin və yük daşımalarının təşkili MMC-nin xətt nəzarətçiləri Kərim Ələkbər oğlu Ələsgərov və 1983-cü il təvəllüdlü Oqtay Cabbar oğlu Hüseynov arasında düşdüyü bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR