Şəkidə məskunlaşan məcburi köçkün özünü güllələyərək intihar edib

Şəkidə məskunlaşan məcburi köçkün özünü güllələyərək intihar edib
# 30 mart 2015 21:07 (UTC +04:00)

Şəki Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yeni Çələbixan kəndində qeydə alınıb. 1968-ci ildə Ağdam rayonunda anadan olan, hazırda Şəki rayonu Yeni Çələbixan kəndində məcburi köçkün İlqar Tofiq oğlu Əliyev kustar üsulla hazırlanmış tapança vasitəsi ilə sinə nahiyəsinə atəş açaraq intihar edib.

İlqar Əliyev aldığı güllə yarasından hadisə yerində keçinib.

Məlumata görə, İlqar Əliyev ailəlidir, iki övlad atasıdır. Şəki Şəhər-Rayon Polis Şöbəsindən o da bildirilib ki, ilkin ehtimala görə, İlqar Əliyevin külli miqdarda borcu olduğu üçün intihara əl atıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR