Yaxın perspektivdə Azərbaycan sığorta bazarının 3 dəfə artacağı gözlənilir

Yaxın perspektivdə Azərbaycan sığorta bazarının 3 dəfə artacağı gözlənilir
# 12 aprel 2011 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ortamüddətli perspektivdə Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən şirkətlərin məcmu daxilolmalarının 500 mln. manata çatması mümkündür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə ölkənin daxili bazarında sığorta ödənişlərinin həcmi 50-60 mln. manat həcmində olub ki, gələcəkdə bu rəqəm bir qədər də artacaq: «Ötən il sığorta haqlarının həcmi təxminən 155 mln. manat təşkil edib. Ümid edirəm ki, ortamüddətli pespektivdə bu göstərici 500 mln. manata çatacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR