Azərbaycan Turizm İnstitutunda buraxılış mərasimi keçirilib – FOTO

Azərbaycan Turizm İnstitutunda buraxılış mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 14 iyul 2011 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Turizm İnstitutunun (ATİ) “Məzun-2011” adlı buraxılış mərasimi keçirilib. APA-nın məlumatına görə, buraxılış gecəsində çıxış edən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov iştirakçıları salamlayıb, ATİ-nin ikinci məzun törəninin sevincinə qatıldıqları üçün qonaqlara təşəkkürünü bildirib: “Azərbaycan Turizm İnstitutu 2006-cı ildə 3 ixtisas üzrə 200 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün bizim ikinci məzun törənimizdir və artıq 8 ixtisas üzrə 193 tələbəmiz məzun olub. Onlardan 19 nəfəri, eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomları ilə də təltif olunurlar”. C. Cəfərov qeyd edib ki, ötən beş ili sınaq müddəti kimi dəyərləndirir, bu ildən etibarən yeni bir mərhələyə qədəm qoyulur.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün turizm sahəsi üçün xüsusi bir gün odluğunu diqqətə çatdırıb: “Artıq 2 ildir ki, məzunlarımız turizm sənayesinə daxil olurlar. Turizm İnstitutunun tədris səviyyəsi getdikcə güclənir. Artıq institutumuzun bəzi tələbələri ingilis dilində diplom alırlar. Eyni zamanda ilk dəfə olaraq ikili diplom sistemi məhz Turizm İnstitutunda həyata keçirilir”.

Nazir qeyd edib ki, Turizm İnstitutunun məzunlarının təyinatı azaddır: “Bu tələbələrin böyük əksəriyyəti öz işlərini tapıblar. Hətta deyərdim ki, onların üstündə ciddi mübarizə belə gedir. Turizm İnstitutunun nəzdində yaradılacaq peşə məktəbində də onların potensialından istifadə etməyi nəzərdə tuturuq”.

Məzun günündə iştirak edən Avstriyanın Krems Universitetinin rektoru xanım Eva Verner də məzunları təbrik edib və onlara gələcək iş həyatında uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR