Iran Braziliyanın barəsində ölüm hökmü çıxarılmış iranlı qadınına sığınacaq vermək təklifini rəd etdi

Iran Braziliyanın barəsində ölüm hökmü çıxarılmış iranlı qadınına sığınacaq vermək təklifini rəd etdi
# 03 avqust 2010 21:27 (UTC +04:00)
Bakı-APA. Iran Braziliyanın barəsində ölüm hökmü çıxarılmış iranlı qadınına sığınacaq vermək təklifini rəd etdi.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə,
bu barədə İran XİN-n nümayəndəsi Ramin Mehmanpərəst xəbər verib.
Xatırladaq ki, Braziliya prezidenti Luiz Inacio Lula da Silva İranda zina etdiyinə görə barəsində ölüm hökmü çıxarılmış qadına sığınacaq verməyə hazır olduğunu bildirmişdi.
Lula demişdi ki, "əgər bu İran cəmiyyəti üçün problemlər yaradırsa, bu zaman Braziliya Sakine Mohammadi Aştianyəni qəbul etməyə hazırdır”.
Aştianiyə zina etməkdə təqsirli bilinib və daşlanmaya məhkum edilib. Amma təqsirini boynuna almayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR