Azərbaycanda “Rozeqlikazon” və “Sibutramin” dərmanlarının istifadəsi qadağan edilib

Azərbaycanda “Rozeqlikazon” və “Sibutramin” dərmanlarının istifadəsi qadağan edilib
# 01 dekabr 2011 14:34 (UTC +04:00)
Bu haqda APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 208 adda dərman preparatının adı olan siyahı nazirliyin Farmakoloji və farmakopeya ekspert şurasının qərarı ilə təsdiqlənib.

Şuranın digər qərarına görə, “Rozeqlikazon” və “Sibutramin” dərman preparatlarının Azərbaycanda qeydiyyatı ləğv edilib. Həmin preparatların çoxsaylı fəsadlarının olduğu bildirilib.

Qeyd edək ki, “Rozeqlikazon” şəkərli diabet əleyhinə, “Sibutramin” isə arıqlamaq üçün nəzərdə tutulan dərman preparatlarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR