Xaçmaz rayonunda dənizkənarında 5 hektar ərazi yanıb

Xaçmaz rayonunda dənizkənarında 5 hektar ərazi yanıb
# 13 aprel 2012 08:02 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Ötən gün Xaçmaz rayonun Müqtədir qəsəbəsində, dənizkənarı ərazidə yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə,
yanğın 5 hektar sahəni əhatə edib, kol-kos və qamışlıq ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR