Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 06 avqust 2011 10:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Ucar rayonunun Qaradağlı kənd sakini Oqtay Əzizov həyətində, Samux rayonunun Kolayır kənd sakini Məhruzə Qarayeva isə evində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.

Daha bir bədbəxt hadisə avqustun 5-də Binəqədi qəsəbəsi ərazisində yeni tikilmiş evlərdən birində qeydə alınıb. Orada yaşayan Elşən Əsgərov hamamda yıxılaraq ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR