ABŞ koalisiyanın Suriya ordusuna zərbələr endirməsini etiraf edib

ABŞ koalisiyanın Suriya ordusuna zərbələr endirməsini etiraf edib
# 17 sentyabr 2016 23:15 (UTC +04:00)

Bakı-APA. ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı beynəlxalq koalisiyaya məxsus aviasiyanın Suriya ordusunun Deyr-ez-Zor şəhəri yaxınlığındakı mövqelərinə zərbələr endirməsini etiraf edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Pentaqonun açıqlamasında bildirilir ki, qeyd olunan əraziyə koalisiya tərəfindən əvvəllər də zərbələr endirilib: “Hərbi əməliyyatların vahid mərkəzdəki koalisiya üzvləri Rusiya tərəfini planlaşdırılan zərbələr barədə əvvəlcədən məlumatlandırıb”. Rusiya tərəfi Suriya ordusuna endirilən zərbələr barədə məlumatlandırılmadığını bildirib.

ABŞ tərəfi həmçinin zərbələrin İŞİD mövqelərinə endirdiyini zənn etdiyini bildirib: “Rusiya tərəfi bu ərazidə Suriya ordusunun mövqelərinin olması barədə məlumat verdikdən dərhal sonra təyyarələr geri dönüb”.

Qeyd edək ki, dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR