Prokurorluq: Gəncədə qadın özünü ehtiyatsızlıqdan yandırıb - YENİLƏNİB

Prokurorluq: Gəncədə qadın özünü ehtiyatsızlıqdan yandırıb - <span style="color: red;">YENİLƏNİB
# 16 avqust 2016 16:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhər prokurorunun böyük köməkçisi Anar Haqverdiyev şəhər sakini Mehriban Alıyevanın özünü yandırması barədə məlumata aydınlıq gətirib.

Anar Haqverdiyev APA-ya açıqlamasında bildirib ki, şəhər sakini Mehriban Alıyeva yaşadığı evin həyətyanı sahəsində qaz sobasında yemək bişirən zaman təbii qazla ehtiyatsız davranıb. Nəticədə üzərində olan paltar yanıb.

M. Alıyeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda onun səhhəti normaldır.

A. Haqverdiyev göstərilənlərin M. Alıyevanın qardaşı Tapdıq Alıyev və gəlini Ülviyyə Namazova tərəfindən də təsdiq edildiyini deyib.

***

saat 14.23

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini özünü yandırıb.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Şəhər sakini, 1970-ci il təvəllüdlü Mehriban Alıyevanın üstünə yandırıcı maddə tökərək özünü yandırdığı bildirilir.

Yuxarı ətrafların termiki yanığı xəsarətləri alan qadın Gəncə şəhər Təcili və təxirəsalınmaz tibbi yardım Xəstəxanasına çatdırılıb. Ona orada ilkin yardım göstərilib.

M.Alıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR