Şəmkir sakini güllə yarası alıb

Şəmkir sakini güllə yarası alıb
# 01 oktyabr 2015 07:55 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Rövşən Əliyev qarın nahiyəsindən güllə yarası alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

R. Əliyev ova gedərkən yıxıldığını və silahın açıldığını, nəticədə qarnından yaralandığını söyləyib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR