XİN: Misirdə qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır

XİN: Misirdə qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır
# 31 oktyabr 2015 11:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Rusiya və Misirdəki səfirlikləri Misirdə qəzaya uğramış Rusiya təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, araşdırma bu dövlətlərin rəsmi orqanları vasitəsi ilə aparılır.

Rusiya mətbuatının dərc etdiyi siyahıda isə təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.

Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə uçurmuş.

Təyyarədə 217 sərnişin və 7 heyət üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR