Astarada fərdi yaşayış evində yanğın olub

Astarada fərdi yaşayış evində yanğın olub
# 26 fevral 2016 06:24 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astarada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 05.00 radələrində rayonun Siyakü kənd sakini, 1927-ci il təvəllüdlü Simuzər Qurbanovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kv.m olan 3 otaqlı, aynabəndli evin dam örtüyü 100 kv.m sahədə və mətbəxin tavanı 15 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR