Gürcüstanda yeraltı qaz anbarı tikiləcək

Gürcüstanda yeraltı qaz anbarı tikiləcək
# 08 yanvar 2016 19:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın energetika nazirliyi 2016-cı ildə yeraltı qaz anbarı layihəsinin tikintisini həyata keçirməyi planlaşdırır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bu gün keçirilən hökumətin iclasından sonra səsləndirib.

"2016-ci ildə Energetika nazirliyi yeraltı qaz anbarının layihəsini planlaşdırır. Bu, çox vacibdir. Bu istiqamətdə araşdırma başlayıb. Layihənin ümumi dəyəri təxminən 250 mln. dolları təşkil edəcək. Bu, ölkəmiz üçün çox əhəmiyyətli bir layihə olacaq. Ümumiyyətlə, bütün ölkələr belə bir anbarın tikintisi üçün çalışır və biz də gələn il bu layihənin icrasına başlayacağıq" deyə Kaxa Kaladze bildirib.

Xatırladaq ki, energetika naziri keçən ilin sonunda APA-ya açıqlamasında bu layihənin tikintisində Azərbaycanın da maraqlı olduğu barədə fikrini bildirmişdi: "Azərbaycanın qaz saxlanılması anbarlarının tikintisi layihəsində iştirak etmək üçün böyük marağı var və biz gələn il Gürcüstanda bu layihənin tikintisinə başlayacağıq. Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır və bu dostluq münasibətləri davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR