Təşkilatçılar: Yüksək riskə baxmayaraq Avro-2016 ləğv olunmamalıdır

Təşkilatçılar: Yüksək riskə baxmayaraq Avro-2016 ləğv olunmamalıdır
# 15 noyabr 2015 02:53 (UTC +04:00)

Bakı-APA. Fransada keçiriləcək 2016-cı il futbol üzrə Avropa Çempionatı ölkədə risk səviyyəsinin yüksək olmasına baxmayaraq ləğv olunmamalıdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu turnirin təşkilat komitəsinin rəhbəri Jak Lamber bildirib.

“Ölkədə riskin səviyyəsi artıb. Lakin biz turnirin maksimum təhlükəsiz şəraitdə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Stadionlarda təhlükəsizlik yaxşı səviyyədədir, lakin küçələrdə təhlükə yarana bilər. , deyə Lamber qeyd edib.

Futbol üzrə Avropa Çempionatının iyunun 10-dan iyulun 10-dək Fransanın 10 şəhərində keçirilməsi planlaşdırılır. Qarşısında terror aktı törədilmiş “Stade de France” stadionu final matçını qəbul etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR