Bakı - Şamaxı yolunda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb - VİDEO

Bakı - Şamaxı yolunda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2015 06:31 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 13-də yolun 86-cı km-liyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini Vüsal Muradovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Vüsal Muradov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Həsənova və 4 yaşlı övladı Sadiq Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR