Moskvada Putin-Ərdoğan görüşü keçirilib - FOTO

Moskvada Putin-Ərdoğan görüşü keçirilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2015 14:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə baş tutan görüşdə V. Putin türkiyəli həmkarına Moskvada Mərkəzi məscidin açılışında iştirak etdiyinə və məscidin tikintisinə etdiyi yardıma görə təşəkkürünü bildirib.
 

Rusiya-Türkiyə ikitərəfli münasibətlərinə toxunan V. Putin dövlətlərarası münasibətlərin inkişafından razı qaldığını söyləyib: "Ən yüksək səviyyədə olan əlaqələrimiz bütün istiqamətlərdə - parlamentlər və hökumətlər səviyyəsində inkişaf edir. İqtisadi əlaqələrə gəldikdə isə demək istəyirəm ki, məlum zəifləmənin olmasına baxmayaraq, Rusiya Türkiyənin ikinci iqtisadi-ticarət tərəfdaşı olaraq qalır. İqtisadi-ticarət əlaqələrimizin diversifikasiyası davam edir. Bu bizi çox məmnun edir. Hər iki tərəfdən sərmayələrin həcmi artaraq 10 mlrd. dollara çatıb". 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR