"PAŞA Həyat" sentyabrda 4 sığorta hadisəsi üzrə 76 min manatdan artıq ödəniş edib

"PAŞA Həyat" sentyabrda 4 sığorta hadisəsi üzrə 76 min manatdan artıq ödəniş edib
# 09 oktyabr 2015 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PAŞA Həyat” sığorta şirkəti cari ilin sentyabr ayı üzrə verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, bu ilin sentyabr ayında 4 sığorta hadisəsi üzrə ümumilikdə 76,186 min manat həcmində sığorta ödənişi həyata keçirilib.

Baş vermiş sığorta hadisələri nəticəsində xəsarət alanlara 32,303 min manat (müvafiq olaraq 30,149 min manat, 2,154 min manat), vəfat etmiş şəxslərin ailəsinə isə 43,883 min manat (müvafiq olaraq 26,105 min manat, 17,778 min manat) həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, sığorta hadisələri üzrə verilən ödənişlərin hamısı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası növü üzrə həyata keçirilib.

Xatırladaq ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” sığorta şirkəti tərəfindən 1,484 mln. manat həcmində sığorta ödənişi həyata keçirilib ki, bunun da təxminən 15,6%-i və ya 231,014 min manatı icbari sığorta növlərinin payına düşüb.

“PAŞA Həyat” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR