Abdulla Abdullayevin kassasiya şikayətinə martın 2-də baxılacaq

 Abdulla Abdullayevin kassasiya şikayətinə martın 2-də baxılacaq
# 25 fevral 2016 12:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə martın 2-də baxılacaq.

Bu barədə APA-ya məlumat verən A. Abdullayevin vəkili Osman Kazımov bildirib ki, kassasiya şikayətinə Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR