Ukrayna Krıma yük daşınmasına qadağa qoyub

Ukrayna Krıma yük daşınmasına qadağa qoyub
# 23 noyabr 2015 15:03 (UTC +04:00)

APA-nın Ukrayna hökumətinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yatsenyuka məktub ünvanlayıb.

Baş nazirdən hər iki istiqamətdə Krımla nəqliyyat əlaqəsi məsələsinə yenidən baxılması istənilib. Prezident həmçinin məktubunda qeyd edib ki, bu gün dövlət orqanlarının prioritet vəzifələrindən biri Ukraynanın yarımada ilə gələcək münasibətlərinin modelinin müəyyənləşdirilməsidir.

Ukrayna daxili işlər naziri Arsen Avakov isə Rusiya ilə ticarət və energetika sahələrinə aid müqavilələrə xitam verilməsinin vacibliyini önə çəkib. O həmçinin qeyd edib ki, Krımı elektrik enerjisi ilə təmin edən xətlərin sıradan çıxdığı Xerson bölgəsində vəziyyət sabit deyil. Ona görə də nazir Ukraynanın təhlükəsizlik baxımından yalnız bir elektrik xəttini təmir edə biləcəyini açıqlayıb.

DİN rəhbəri ölkənin energetika obyektlərində terror hücumunun hazırlanması ilə bağlı məlumatların Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasını təklif edib.

Xatırladaq ki, ötən gün Krıma elektrik enerjisinin verilişi dayandırılıb. Yarımadada fövqəladə vəziyyət elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR