Nazir: “Bakı-2017 İslam Həmrəylik Oyunları dünya üçün böyük hadisəyə çevriləcək”

Nazir: “Bakı-2017 İslam Həmrəylik Oyunları dünya üçün böyük hadisəyə çevriləcək”
# 27 noyabr 2015 14:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov İSESCO Baş Konfransının Bakıda keçirilәn iclasında deyib.

Nazir bildirib ki, yarışlarda beş mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparacaq: “Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Biz böyük tədbirləri uğurla təşkil etmək təcrübəsinə malikik. İslam Həmrəylik Oyunları olimpiya və qeyri-olimpiya oyunları üzrə keçiriləcək. Bu, təkcə İslam ölkələrinin idman potensialını deyil, həm də İslam mədəniyyətini dünyaya nümayiş etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR