"Nar" qərb bölgəsində növbəti satış və xidmət mərkəzini açıb

"Nar" qərb bölgəsində növbəti satış və xidmət mərkəzini açıb
# 03 mart 2016 10:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” qərb bölgəsində yeni konseptinə uyğun növbəti Satış və Xidmət Mərkəzini açıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, Atatürk prospekti 261 ünvanda açılmış yeni mərkəz Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar” bu dəfə də istifadəçilərin istəklərinə uyğun bir sıra addımlar atıb.

Açılış zamanı mobil operatorun genişləndirilmiş şəbəkəsi, ən sərfəli tarif və kampaniyaları barədə geniş məlumat verilib. Gəncəlilər qısa müddət ərzində 2 dəfə böyümüş şəbəkə sayəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, abunəçilərin tələblərinə cavab verən sərfəli qiymət və yüksək keyfiyyətli xidmət strategiyası haqqında məlumatlandırılıblar.

Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda “Nar” diler dükanları fəaliyyət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR