Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə 20 milyon manat ayrılıb

Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə 20 milyon manat ayrılıb
# 25 yanvar 2016 15:41 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR